İsrail ordusu bildirib ki, Haşim öz missiyasının bir hissəsi olaraq terrorçulara dəniz yolu ilə silah qaçaqmalçılığı cəhdlərində iştirak edib və davam edən atəşkəs dövründə də daxil olmaqla İsrailə qarşı dəniz hücumları planlaşdırıb: “Hassimin fəaliyyəti İsrail dövləti və onun vətəndaşları üçün təhdid, İsraillə Livan arasındakı razılaşmaların açıq şəkildə pozulması idi”.
İsrail pilotsuz uçuş aparatının (PUA) Livanın cənubundakı Tir bölgəsində bir avtomobilə hücumu nəticəsində bir nəfər həlak olub.
Bölgəsinin Raşkananya qəsəbəsində PUA-nın “evin yanında dayanmış” avtomobili hədəf aldığını, nəticədə “bir nəfərin şəhid olduğunu” bildirdi.
İsrail Livanın cənub və şərqində müxtəlif bölgələrə hücumlarını davam etdirir.
Təl-Əviv “Hizbullah” terroçularının mövqelərini və obyektlərini hədəfə aldığını və müharibədən sonra öz imkanlarını bərpa etməyə imkan verməyəcəyini bildirir.