“Kyodo” xəbər agentliyinin məlumatına görə, baş nazir İşiba Şiqeru dünən ABŞ-da Senatda keçirilən təsdiq dinləmələrində Kolbinin Yaponiya hökumətinin “müdafiə xərclərini mümkün qədər tez bir zamanda ümumi daxili məhsulun (ÜDM) 3 faizinə çatdırmalı” ifadəsini rədd edib.
Kolbinin şərhinə reaksiya verən İşiba, “Yaponiya öz xərclərini başqa ölkələrin göstərişi ilə deyil, özü təyin edir”, – deyib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa da qeyd edib ki, müdafiə sistemlərinin əhəmiyyəti onlara ayrılan büdcə məbləğindən çox, onların nə qədər effektiv olmasıdır.
2021-ci ildə ÜDM-in 1,2 faizini müdafiə xərclərinə ayıran Yaponiya 2027-ci ildə ÜDM-in 2 faizini ayırmağı hədəfləyir.
Kolbi dünən ABŞ-da Senatda təsdiqləmə dinləmələrində Yaponiyanın Çin və Şimali Koreya tərəfindən “birbaşa təhdid” altında olduğunu və ölkənin ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırmasının “çox məntiqli olmadığını”, – deyib.