Vaxt.Az

Legionerlərə PUA təlimi


 

Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq

Legionerlərə PUA təlimi Cənubi Koreya kəşfiyyatı Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərinin pilotsuz uçuş aparatları (PUA) əməliyyatları və taktikaları üzrə təlimlər aldıqlarına dair məlumatlar olduğunu bildirib.

Milli Kəşfiyyat Xidmətinin (NIS) son məlumatına görə, Moskva cəbhə xəttinə qoşun göndərmək müqabilində Pxenyana PUA texnologiyası vermiş ola bilər.

“Rusiyaya göndərilən Şimali Koreya əsgərlərinin PUA əməliyyatları və taktikaları üzrə təlim keçdiyinə dair bəzi xəbərlər var. Biz iki tərəf arasında mümkün PUA əməkdaşlığını yaxından izləyirik”, – NİS-in bəyanatında deyilir.

***

Hakim Xalq Gücü Partiyasından (PPP) deputat olan Yu Yonq-veon Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Kiyevə son səfəri zamanı ona çatdırdığı kəşfiyyat məlumatları əsasında mətbuata açıqlamalar verib.

Şimali Koreyanın Rusiyadakı 5 hərbi bazada təlim keçmək üçün 3500-ə yaxın əsgər göndərdiyini iddia edən Yu, Pxenyanın tezliklə Moskvaya dəstək üçün “üçüncü qoşun transferini” göndərə biləcəyini də irəli sürdü.

Cənubi Koreya mediası yanvar ayında Şimali Koreyanın Rusiya ilə birlikdə döyüşmək üçün Kurska 3000 əsgər göndərdiyini bildirib. Şimali Koreyanın 2024-cü ildə Rusiyanın qərb cəbhəsindəki Kursk bölgəsinə təxminən 11 min əsgər yerləşdirdiyi iddia edilir.

NIS kəşfiyyat hesabatını paylaşıb ki, Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərindən 300-ü ölüb, təxminən 2700-ü isə yaralanıb.

 





05.03.2025    çap et  çap et