ABŞ prezidenti Donald Tramp ötən həftə sonu Floridadakı Mar-a-Laqo otelindən Ağ Evə qayıdarkən onu qonaqlar müşayiət edib.
Əslində konvoy kifayət qədər izdihamlı olub. Məsələn, Melaniya Trampın atası Viktor Knavs sərnişinlər arasında imiş. Ancaq həqiqətən diqqəti çəkən şəxs prezidentin qayınatası deyil, üç nəsil – ana, oğul, nəvə Masklar idi.
İndi çoxsaylı titullarına "Prezidentin xüsusi müşaviri" adını əlavə edən texnologiya milyarderi İlon Mask oğlu X Æ A-12 (qısaca X) və anası Meyi də özü ilə götürüb, əvvəlcə prezident vertolyotu “Marine One”, sonra prezident təyyarəsi “Air Force One”, daha sonra isə başqa bir helikopterlə Trampla birlikdə Ağ Evə qayıdıb.