Vaxt.Az

Maskın obyektləri yandırıldı


 

Hücumlar DOGE-nin minlərlə işçini ixtisar etməyə davam etdiyi vaxta təsadüf edir

Maskın obyektləri yandırıldı “Tesla”nın sahibi İlon Mask Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə minlərlə federal işçini işdən çıxarmağa davam edərkən, bu həftə “Tesla”nın iki elektrikli avtomobil obyekti, Boston, Massaçusets yaxınlığındakı şarj stansiyaları və Fransadakı bir dilerlində yanğın törədilib.

Tuluzada Fransız dilerlərinin qarşısında onlarla “Tesla” avtomobili yandırılıb. Maşınlardan 8-i külə dönərkən, 4-nə ciddi ziyan dəyib. Yerli prokurorluq “Agence France-Presse”ə bildirib ki, hücum “heç də təsadüfi deyil”. Baş verənlərlə bağlı cinayət işi açılıb.

Hadisədən bir neçə saat sonra Bostondan təxminən 43 mil məsafədə yerləşən Massaçusets ştatının Littlton şəhərindəki ticarət mərkəzindəki yeddi “Tesla” enerji doldurma məntəqəsi yandırılıb və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. Littlton Polis Departamenti yanğınların şübhəli xarakter daşıdığı və qəsdən törədildiyinindən şübhələnir.

“Enerji doldurma stansiyaları sıx və tünd tüstüyə bürünmüşdü”, – polisin verdiyi açıqlamada deyilir. Polis Littlton Elektrik və Su Departamentinə zəng edərək, şarj stansiyalarının enerjisini kəsib. Şöbə işçiləri gözləyərkən başqa bir enerji doldurma məntəqəsi yanıb. Elektrik enerjisi kəsildikdən və yanğınlar söndürüldükdən sonra polis əməkdaşları ilkin araşdırmalara başlayıb.

Hər iki insidentdə xəsarət alan olmayıb.

Mask minlərlə federal işçinin ixtisarına cavabdeh olan DOGE-ni idarə edən “xüsusi dövlət işçisi” rolunu aldıqdan sonra sahibi olduğu avtomobil brendi böyük etirazlarla üzləşib. Etirazçılar ölkə boyu “Tesla” dilerlərində nümayişlər keçirirlər.

Mask Donald Trampın andiçmə mərasimini qeyd edən tədbirdə nasistlərə xas salamı verdikdən sonra “Tesla” səhmləri 26 faiz ucuzlaşıb.

Özlərini “Nasist Ekstremizminə Qarşı Tələbələr” adlandıran bir qrup keçən ay Kaliforniyanın şimalındakı Humboldt qraflığında “Tesla” üzərində mesajlar yerləşdirdi və yerli qəzetə manifest göndərərək “Tesla” sahiblərinə avtomobillərini vandalizmə məruz qalmadan əvvəl maşınlarından xilas olmaları barədə xəbərdarlıq etdi.

Keçən həftə Kolorado ştatının Lyons şəhərindən olan 42 yaşlı Castin Tomas Nelson Kolorado ştatının Loveland şəhərində bir şirkət dilerini vandalizmə məruz qoyması iddiası ilə həbs edilib. Polis bir sıra hücumlar zamanı dilerdə bir avtomobilin yanında “Molotov kokteyli”, “NAZİ” sözü olan təhqiredici plakat, yandırıcı qurğular və qırıq şüşələr tapdıqlarını söyləyib.

Polis fevralın 24-də Nelsonu öz avtomobilində bir banka benzin, bir butulka və əvvəlki hadisələrdə ələ keçirilənlərə bənzər fitil tapıb. Nelson əmlakın qəsdən məhv edilməsi ilə bağlı bir federal cinayətdə ittiham edilib.

Nelsonun həbsindən əvvəl, San-Fransisko yaxınlığındakı bu hadisə ilə əlaqəsi olmayan bir “Cybertruck” vandalizasiya edildi.

“The Independent” şərh üçün şirkətə e-poçt göndərdi.

Müğənni Şeril Krou da daxil olmaqla bəzi “Tesla” sahibləri Maskdan uzaqlaşmaq üçün avtomobillərini satışa çıxarıblar. “If It Makes You Happy” adlı mahnısı ilə tanınan müğənni ötən ay sosial şəbəkədə elektrik avtomobili evindən uzaqlaşdırılarkən əl yellədiyini əks etdirən video paylaşmışdı.

O, avtomobili satdığını və əldə etdiyi gəliri Milli İctimai Radioya bağışlayacağını açıqlamışdı.

 





05.03.2025    çap et  çap et