Qlobal borcun artması və gözlənilən ticarət müharibələri investorları qiymətli metala sövq edir. Qızıl qiymətləri ilin əvvəlindən bu yana 12 faizdən çox artıb və rekord səviyyələrə çatmaqda davam edir. “Brookville Capital”ın idarəedici direktoru Saymon Poppla görə, qlobal qeyri-müəyyənlik investorların qiymətli metala üz tutmasının səbəblərindən biridir: “Düşünürəm ki, biz indiki ilə müqayisədə daha çox əmin olduğumuz bir dünyada yaşadıq”.
Popple xüsusilə ABŞ prezidenti Donald Trampın inflyasiya effekti yarada biləcək gömrük rüsumlarına diqqət çəkib. İnvestorlar həmçinin rüsumların təsirinə məruz qalan ticarət tərəfdaşlarının cavab tədbirlərini narahatlıqla izləyirlər.
Qeyri-sabitlik dövründə qızıl təhlükəsiz sığınacaq rolunu oynayır, çünki valyutalar dəyər itirsə belə, onun dəyəri daha az dəyişkəndir.
Qızıl qiymətləri qısa müddətdə dəyişə bilər, lakin metal tarixən güclü alıcılıq qabiliyyətinə malikdir.
“Mən bunun inflyasiyaya qarşı mükəmməl bir müdafiə olduğunu düşünmürəm. Ancaq mən şiddətlə müdafiə edirəm ki, insanlar nə qədər böyük və ya kiçik olursa olsun, bir az qızıl alsınlar”, – Poppl deyib.
çap et