ABŞ-da yerləşən “Politico” nəşrinin üç ukraynalı parlamentariyə istinadən yaydığı məlumata görə, ABŞ rəsmiləri ilə Timoşenko və Poroşenkonun partiyasının yüksək vəzifəli rəsmisi arasında görüşün əsas mövzusu Ukraynanın dərhal prezident seçkiləri keçirib-keçirməməsi olub.
Trampın yaxın ətrafı Zelenskinin müharibə və korrupsiya səbəbindən seçkiləri uduzacağını iddia edir, sorğular isə Zelenskinin illərdir aşağı düşən bəyənmə reytinqlərinin ötən həftə Oval kabinetdəki debatdan sonra yenidən yüksəldiyini göstərir.
Hazırkı fövqəladə vəziyyətə görə Ukraynada seçkilər keçirilə bilməsə də, Tramp Zelenskini “seçilməmiş diktator” olmaqda ittiham edib.
Ağ Evdəki müzakirələrdən sonra bu həftə Britaniya sorğu şirkəti “Survation” tərəfindən keçirilən sorğuda respondentlərin 44 faizi prezidentliyə Zelenskini dəstəkləyəcəklərini bildirib.
Zelenskinin ən yaxın rəqibi, hazırda Ukraynanın Londondakı səfiri Valeri Zalujnı sorğuda 20 baldan çox, Proşşenko isə 10 faiz, Timoşenko isə cəmi 5,7 faiz səs qazanıb.
Adının çəkilməsini istəməyən “Politico”ya danışan respublikaçı xarici siyasət eksperti iddia edib ki, keçmiş prezident Petro Poroşenko və Timoşenko Tramp komandası ilə görüşüb və özlərini “işləmək daha asan insanlar” kimi təqdim ediblər.
Şərh üçün “Politico” ilə əlaqə saxlayan Poroşenkonun Avropa Həmrəyliyi Partiyasının bəyanatında deyilir: “Bizim söhbətimiz seçkiləri məcbur etmək deyil, müharibədən sonra ölkəmizdə azad və ədalətli rəqabətli seçkiləri təmin etməkdir. Poroşenko və Avropa Həmrəylik Partiyasının müharibəni sona çatdırmaq, sülh və barışıq yolları ilə bağlı baxışını da (Trampla) bağlamaq məntiqli olardı”.
Ukrayna Siyasət İnstitutunun direktoru Ruslan Bortnik, Ukraynadakı bəzi siyasi qrupların hərəkətə keçməyə başladığına diqqət çəkərək, “Onlar qeyri-rəsmi əlaqələr qurmağa və ya Respublikaçılar Partiyası və ya Trampın çevrəsi ilə olan əlaqələrdən istifadə edərək Vaşinqtonla işləməyə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar”, – deyib.
Bortnik bildirib ki, Ukrayna elitası ABŞ-ın dəstəyi olmadan Ukraynanın məğlub olacağını çox gözəl anlayır.
Ukrayna Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksandr Merejko “Politico”ya açıqlamasında deyib ki, Tramp əslində Ukraynada seçkilərin olub-olmayacağı ilə maraqlanmır: “Seçkilər Putinin ritorikasıdır, onun məqsədidir. Bunun yalnız bir məqsədi var, o da bizi daxildən zəiflətməkdir. O, Zelenskini aradan qaldırmaq istəyir, çünki o, bizim müqavimətin simvoludur”, – deyib.