- «Qəbələ»yə qalib gəldiniz. Bu oyun haqqında nə deyə bilərsiniz?
- Bizim üçün çox yaxşı oyun oldu. Doğma meydanda qələbə qazandıq. Həmçinin bu oyun kubok görüşü öncəsi də vacib idi. Çünki biz kubokda da «Qəbələ» ilə üz-üzə gələcəyik.
- Bu matçı kuboka hazırlıq oyunu adlandırmaq olar?
- Yox, elə deməzdim. Amma rəqibi tanımaq baxımından yaxşı oyun idi. Hazırlıq matçları ancaq təlim-məşq toplanışları zamanı olur. Premyer Liqadakı oyunu isə belə adlandırmaq düzgün deyil.
- Çempionatın ikinci yarısında «Qəbələ» ilə keçirilən hər iki oyunda qalib gəlmisiniz. Bu baxımdan sizin kubokda finala adlayacağınızı demək olar?
- Futbol hər zaman sürprizləri sevən oyundu. Biz yüz faiz növbəti mərhələyə adlayacağımızı deyə bilmərik. Şanslar bərabərdi. Hər iki komanda güclüdür. Sadəcə, finala çıxmaq istəyirik. Çünki Avropaya tək yolumuz kubokdan keçir.
- Amma «Qəbələ» heç də yaxşı günlərini yaşamır. Bu, sizə şans yarada bilər?
- Kubok fərqli turnirdi. «Qəbələ» kubokda da pis oynasa, bu, bizim üçün yaxşı olar. Amma mən düşünmürəm ki, rəqibimiz zəif olacaq. Onlar tam gücünü ortaya qoyacaqlar. Bizi yarımfinalda çox maraqlı və gərgin oyun gözləyir. «Qəbələ» son oyunda Lənkəranda ona görə yaxşı oynamadı ki, buna biz imkan vermədik. Onlardan daha yaxşı oynadıq və qalib gəldik. Kubokda da belə olacağına ümid edirəm.
- Premyer Liqanın növbəti turunda «Bakı ilə üz-üzə gələcəksiz. Bu rəqibə qalib gələ biləcəksiniz?
- Biz hər oyunda qələbə qazanmaq istəyirik. Öz oyunumuzu göstərə bilsək, 3 xal bizim olacaq. Amma şənbə günü bizi çətin matç gözləyir. Çünki rəqibimiz formalaşmış komandadı.
- Bu oyuna kuboka son hazırıq görüşü kimi baxmaq olar?
- Yox. Məncə, bu oyunda qələbə qazanmaq vacibdi ki, Qəbələyə yaxşı əhval-ruhiyyədə yollanaq.
- Kubokun finalında «Neftçi» ilə qarşılaşsanız, qisas ala biləcəksiniz?
- Ümid edirəm ki, qələbə qazanacağıq. Finaldakı rəqibin fərqi yoxdu, qalib gəlməliyik.