Vaxt.Az

... Bəzi sanksiyalar qaldırıldı


 

Böyük Britaniyanın Suriya qərarı ...

... Bəzi sanksiyalar qaldırıldı Böyük Britaniya Suriyanın keçmiş lideri Bəşər Əsədin dövründə Suriya Mərkəzi Bankı da daxil olmaqla 24 quruma qarşı tətbiq etdiyi sanksiyaları ləğv etdiyini açıqlayıb.

Sanksiya siyahısının yeniləndiyi barədə bəyanatda “24 təşkilat birləşdirilmiş siyahıdan çıxarılıb. “Onlar artıq aktivlərin dondurulmasına məruz qalmırlar”.

Açıqlamada sanksiyaların ləğvinin enerji, nəqliyyat və maliyyə sektorlarında fəaliyyət göstərən şirkətlərə də şamil edildiyi bildirilib.

“Bununla belə, ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı yüzlərlə sanksiya hələ də qüvvədədir”, – bəyanatda deyilir.

Böyük Britaniyanın xarici işlər naziri Stiven Dauti keçən ay bildirmişdi ki, sanksiyalara edilən istənilən dəyişiklik “Suriyada yenidənqurma prosesini dəstəkləmək, təhlükəsizlik və sabitliyi təşviq etmək” məqsədi daşıyacaq.

Dauti vurğulayıb ki, Böyük Britaniya “Bəşər Əsəd və onun tərəfdaşlarını Suriya xalqına qarşı hərəkətlərinə görə hesaba çəkməyə qərarlıdır”.

Nazir həmçinin bildirib ki, Əsəd rejiminin üzvlərinə qoyulan aktivlərin dondurulması və səyahət qadağaları qüvvədə qalacaq.

 





06.03.2025    çap et  çap et