Vaxt.Az

«Ölüm ayağı»nda humanist vəsiyyət


 

Siyasi karyerasının son günlərini yaşayan deputat həmkarının addımını təkrarladı

«Ölüm ayağı»nda humanist vəsiyyət Azərbaycanda daha bir deputat ölümündən sonra daxili orqanlarını bağışlamaq haqqında vəsiyyət edib. Bu, son günlər adı medianın gündəmindən düşməyən və nurçuluq təriqətinə qoşulduğu iddia olunan Ceyhun Osmanlıdır.

Məlumatı Modern.az saytına müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

Mircəlal Kazıminin sözlərinə görə, ilk olaraq ötən ilin əvvəlində millət vəkili Qənirə Paşayeva özünün daxili orqanlarının bağışlanmasına razılıq verib. Xanım deputat hətta bu barədə vəsiyyətnamə də yazıb və mediada nümayiş etdirib. 

Daha sonra bir neçə ayrı-ayrı vətəndaş da oxşar addım atıb. Və orqanlarını bağışlayanlardan birinin də Milli Məclisin üzvü Ceyhun Osmanlı olduğu müəyyənləşib.

Qeyd edək ki, nurçulara xidmət edən şəxslər arasında orqan transplantasiyası adi hal kimi qəbul olunur.

Xatırladaq ki, Ərdoğanın Bakı səfərindən sonra Türkiyə baş nazirinin Azərbaycan prezidenti İlham Əliyevdən nurçuların biznes fəaliyyəti və dövlət orqanlarındakı nümayəndələri ilə bağlı tədbir görülməsini xahiş etmişdi. Deyilənə görə, AKP liderinin xahişi əsasında başladılacaq kampaniyada karyerası bitiriləcək şəxslərin siyahısındakı ilk onluqda «İrəli» liderinin də adı var.

 





11.04.2014    çap et  çap et