ABŞ prezidenti Trampın Strateji “Bitcoin” Ehtiyatının yaradılması ilə bağlı fərmanı imzaladığını bildirən Saks, “Bu fərman Prezident Trampın ABŞ-ı “dünyanın kriptovalyuta paytaxtı” etmək əzmini nümayiş etdirir”, – dedi.
Saks, sözügedən ehtiyatın federal hökumət tərəfindən saxlanılan və müsadirə edilən bitkoinlərlə yaradılacağını və bunun vergi ödəyicilərinə heç bir əlavə xərc çəkməyəcəyini ifadə etdi.
ABŞ hökumətinin təxminən 200 min bitkoininin olduğunun təxmin edildiyini vurğulayan Saks, bununla belə, bu günə qədər hərtərəfli bir yoxlama aparılmadığını və fərmanın federal hökumətin rəqəmsal aktivlərinin tam uçotunun da nəzərdə tutulduğunu qeyd etdi.
Saks, ABŞ-ın ehtiyata saxlanılan “Bitcoin”ləri satmayacağını bildirərək, “Bitcoin-in erkən satışı artıq ABŞ vergi ödəyicilərinə 17 milyard dollardan çox zərər vurdu. İndi federal hökumətin aktivlərinin dəyərini maksimuma çatdırmaq üçün strategiyası olacaq” dedi.
Saks həmçinin qeyd edib ki, Xəzinədarlıq və Ticarət katiblərinə əlavə vergi yükü yaratmadan daha çox “Bitcoin” əldə etmək üçün büdcədən asılı olmayan strategiyalar hazırlamaq səlahiyyəti verilib.
Fərmanla “Bitcoin”dən başqa rəqəmsal aktivlərdən ibarət rəqəmsal aktiv fondunun da yaradıldığını vurğulayan Saks, hökumətin bu səhm üçün yalnız müsadirə əməliyyatları ilə əldə edilən aktivlərdən istifadə edəcəyini və əlavə aktiv alışı etməyəcəyini ifadə etdi.