Vaxt.Az

90 illiklə bağlı rəsm sərgisi


 

Heydər Əliyevin yubileyilə bağlı tədbirə Rusiya səfiri də qatılıb

90 illiklə bağlı rəsm sərgisi Rusiya informasiya və mədəniyyət mərkəzində Heydər Əliyevin 90 illiyinə və onun Azərbaycan-Rusiya əməkdaşlıqda oynadığı rola həsr olunan fotosərgi təşkil olunub. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Heydər Əliyevin iki ölkə arasında əlaqələri qurulmasında müstəsna rolu olmuşdur.“Bizim ikitərəfli münasibətlərimiz dövründə eniş məqamları da olub, lakin Heydər Əliyevin ölkə rəhbərliyinə gələndən sonra münasibətlərdəki müsbət tendensiyanı qoruyub saxlamaq mümkün olub, bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Rusiya prezidenti Vladimir Putinin Heydər Əliyevin ölməsindən sonra onun barədə dedikləri sözləri isə bizim onun şəxsiyyətinə böyük hörmətini nümayiş etdirir”.
Daha sonra çıxış edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Məmməd Əliyev, Milli Məclis üzvü Elmira Axundova və digərləri öz çıxışlarda Heydər Əliyevin həyatından və Rusiya ilə əlaqələrin möhkəmlənməsində rolundan danışıblar.
Tədbirin sonunda qonaqlar fotosərgi ilə tanış olub, video çarxı izləyiblər.
 





07.05.2013    çap et  çap et