Vaxt.Az

“Naftoqaz” obyektləri vurulub


 

Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır

“Naftoqaz” obyektləri vurulub Əvvəllər raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını Ukraynanın elektrik infrastrukturuna yönəldən Rusiya, son aylarda Ukraynadakı qaz anbarları və istehsal sahələrinə hücumlarını kəskin şəkildə artırıb.

Rusiya qüvvələri son pilotsuz təyyarə və raket zərbəsində Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alıb.

Ukraynanın energetika naziri Qermen Qaluşenko, “Yenə Ukraynanın müxtəlif bölgələrində enerji və qaz infrastrukturu intensiv raket və pilotsuz təyyarələrdən atəşə tutulub”, – deyib.

“Xilasetmə qrupları və enerji işçiləri hücumun nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər yerdə işləyirlər. Elektrik və qaz təchizatının stabilləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür”.

Hücum nəticəsində Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”a məxsus təbii qaz hasilatı obyektlərinə ziyan dəyib. “Qaz hasilatını təmin edən obyektlər zədələnib. Xoşbəxtlikdən insan itkisi olmayıb”, – şirkət “Telegram”da bildirib.

Ternopil qubernatoru Vyaçeslav Neqoda hücumun qərb bölgəsindəki kritik sənaye obyektinə dəydiyini və qaz təchizatında məhdudiyyətlərin ola biləcəyini açıqlayıb. O, həmçinin qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri bir raketi vurub və itki yoxdur.

Şəhərin qubernatoru Oleq Sinequbovun sözlərinə görə, Xarkovun şimal-şərqində Rusiya qüvvələri mülki biznesi hədəfə alıb və azı 5 nəfəri yaralanıb.

Şimali Çerniqov vilayətində hücum nəticəsində istehsalat obyektlərindən birinə ziyan dəyib. Region qubernatoru Vyaçeslav Çaus təfərrüatları açıqlamayıb.

Qərbi İvano-Frankivsk vilayətinin qubernatoru Svetlana Onışçuk bildirib ki, hava hücumundan müdafiə sistemləri infrastruktur obyektlərinə edilən hücumu dəf edib və dağıntı və tələfat barədə məlumat yoxdur.

Əvvəllər raket və PUA hücumlarını Ukraynanın elektrik sektoruna yönəldən Rusiya, son aylarda Ukraynadakı qaz anbarlarına və istehsal sahələrinə hücumlarını xeyli artırıb.

 





07.03.2025    çap et  çap et