Vaxt.Az

Trampdan Rusiyaya qarşı sanksiya siqnalı


 

Anlaşmaya qədər ...

Trampdan Rusiyaya qarşı sanksiya siqnalı ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumlarının davam etdiyinə diqqət çəkərək, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşündüyünü və iki tərəfin tez bir zamanda masa arxasına oturması lazım olduğunu bildirib.

ABŞ prezidenti Tramp “Truth Social” hesabından verdiyi açıqlamada Rusiyaya sanksiya mesajı verib.

“Rusiyanın hələ də döyüş meydanında Ukraynaya zərbələr endirməsi faktına əsaslanaraq, atəşkəs və sülhlə bağlı yekun razılaşma əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları və tariflər tətbiq etməyi düşünürəm”, – Tramp açıqlamasında bildirib.

“Rusiya və Ukraynaya çağırışım: çox gec olmadan indi masaya oturun”, – o, deyib.

Bəyanatı yekunlaşdıran Tramp hər iki tərəfi sülh danışıqlarına tez bir zamanda başlamağa çağırıb.

 





07.03.2025    çap et  çap et