Vaxt.Az

186 miqrant itkin düşüb


 

Yəmən və Cibuti sahillərində 4 qayıq batıb

186 miqrant itkin düşüb Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Yəmən və Cibuti sahillərində dörd qayığın batmasını açıqlayıb.

IOM-un sosial media platforması “X” hesabında edilən açıqlamada, dünən gecə Yəmən və Cibuti sahillərində qayığın çevrilməsi nəticəsində 186 miqrantın itdiyi bildirilib.

Açıqlamada itkin düşənlərin həyatı üçün dərin narahatlıq olduğu qeyd edilib.

Bəyanatda, həmçinin ötən il Afrika ilə Yəmən arasındakı marşrutda 558 nəfərin həyatını itirdiyi xatırladılaraq, insanların həyatını xilas etmək üçün təcili tədbirlər görülməsinə çağırılıb.

 





07.03.2025    çap et  çap et