Vaxt.Az

Şəbəkə parollarınızı dəyişin!


 

Məlumatların şifrələnməsi üçün istifadə olunan proqramlarda boşluqlar varmış

Şəbəkə parollarınızı dəyişin! İnternet tarixinin ən böyük təhlükəsi aşkar edilib. Şəbəkə üzrə məlumatların ötürülməsinin şifrələnməsi üçün geniş istifadə olunan proqram təminatında boşluq olduğu ortaya çıxıb. (ansperss)

Bu boşluq Gmail və Facebook kimi məşhur veb-saytları və xidmətləri də əhatə edir. Yeni aşkar olunmuş boşluq vasitəsi ilə kimsə sizin məxfi informasiyanızı sakitcə oğurlaya bilər. Ekspertlər internet istifadəçilərinə hər ehtimala qarşı poçt, sosial şəbəkələr və başqa xidmətlərdə olan parollarını dəyişməyi məsləhət görürlər.

OpenSSL-də aşkar edilən bu boşluq «Heartbleed» adlandırılıb. O, saytların əksəriyyətiylə istifadə olunur. Mütəxəssislərin fikrincə bu boşluq iki ildən bu yana yaranıb. Boşluğun mütləq təsir etdiyi saytlar arasında Yahoo ilk pilləni tutur. Görünür ki, Google, Facebook və Dropbox bu problemdən artıq yaxa qurtarmağı bacarıb. 
Parolunuzu dəyişməyinin mütləq lazım olduğu saytlar bunlardır:

1. Facebook
2. Tubmblr
3. Google
4. Yahoo
5.Gmail
6.Yahoo Mail
7.Amazon Web Services
8. Dropbox
9. LastPass
10. OKCupid
11. SoundCloud
12.Wunderlist

 





12.04.2014    çap et  çap et