Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyasına, Çindəki yerli hökumətlərə və Çinin Milli Səhiyyə və Sosial İdarəsinə şamil edilir. Missuri Baş Prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etmək niyyətindədir. Missuri ştatı ilə yanaşı digər ştatlar da Çinə qarşı oxşar iddialar qaldırıb.
Avropa ölkələrindən pandemiyaya ilk əvvəl İtaliya məruz qalmışdı. Bu ölkədə hər gün ölənlərin sayı minlərlə idi. Məlum oldu ki, pandemiyanı İtaliyada bu ölkənin müəssisələrindən çalışan çinli işçilər yayıblar. Məlum oldu ki, İtaliya müəssisələrində çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edilirdi. İşçilər Çindən tətildən geri döndükdən sonra xəstəliyi İtaliyaya yayıblar. Sonrakı aylarda pandemiyaya digər Avropa ölkələrinə də çatdı. Ümumilikdə “COVİD-19” pandemiyası əksər ölkəni bürümüşdü. Bir müddət sonra ən dəhşətli vəziyyət ABŞ-da yarandı. Hər gün ölənlərin sayı o minlərlə idi.
Aydındır ki, Çin ABŞ ştatlarının məhkəmə qərarlarını rədd edəcək. Pekin ABŞ məhkəməsinin qərarında vurğulanan “pandemiya barədə yanlış məlumat” və “fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaradıb” tezislərini də qəbul etməyəcək. Ağ Ev sahibi Donald Trampın məhkəmə qərarından Pekinə qarşı təzyiq aləti kimi istifadə edəcəyi də mümkündür.