FTX iki Britaniya diplomatını casusluqda şübhəli bilinərək deportasiya etmək qərarına gəldiyini açıqlayıb.
Bəyanatda bildirilir ki, səfirliyin ikinci katibi Alkeş Odedra və birinci katibin əri Maykl Skinner Rusiyaya daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumat veriblər və bununla da Rusiya qanunlarını pozublar:
“Lakin sözügedən diplomatların Rusiyanın təhlükəsizliyini təhdid edən təxribat xarakterli kəşfiyyat fəaliyyəti həyata keçirməsinə dair əlamətlər var idi. Odedra və Skinnerin akkreditasiyasının ləğvi ilə bağlı qərar qəbul edilib. Diplomatlar iki həftə ərzində Rusiyanı tərk etməlidirlər”.