Açıqlamada qəza yerinə 4 xilasedici katerin göndərildiyi və bir neçə nəfərin gəmiləri tərk etdiyi barədə məlumatların olduğu bildirilib.
Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəza xəbərdarlığı ilə “təcili” əməliyyat tədbirlərin koordinasiya edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, yerli vaxtla saat 09.48-də qəza ilə bağlı ilk həyəcan siqnalı verildikdən sonra xilasedici katerlər, yanğınsöndürmə qrupları və bir xilasetmə helikopteri əraziyə göndərilib.