Vaxt.Az

Silah istehsalı müəssisəsi ideyası


 

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur

Silah istehsalı müəssisəsi ideyası Etirazlar və tətillər səbəbiylə aylarla gündəmdə olan “Audi”nin Brüsseldə bağlanan zavodunun müdafiə sektorunda istifadə edilməsi təklif edilib. Belçika mətbuatında çıxan xəbərlərə görə, “Audi” markasının Brüsseldəki və fevralın sonunda bağlanan istehsal müəssisəsinin gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı müxtəlif variantlar qiymətləndirilir.

Ən qabarıq ideyalardan biri zavodun hərbi istehsala yönəldilməsidir.

Obyektin müdafiə şirkətlərinə təklif olunmasını və hərbi istehsal həyata keçirməsini istəyənlər arasında Belçikanın müdafiə naziri Teo Franken də var.

Franken variantları qiymətləndirmək üçün müdafiə şirkətlərinin nümayəndələri ilə obyekti ziyarət etməyə hazırlaşır.

***

Zavod Brüsselin Meşə bələdiyyəsində yerləşir və 54 hektar ərazini əhatə edir. Zavoda ev sahibliyi edən Meşə Bələdiyyə Başçısı Çarlz Spapens obyektin müdafiə sənayesi və silah istehsalına yönəldilməsində maraqlı deyil.

Spapens xəbərdarlıq edib ki, hərbi istehsal həyata keçirilərsə, bölgəyə hücum riski artacaq və bu, “bombardman ediləcək ilk yer” ola bilər.

Başqa bir variant isə zavodu bölmələrə bölmək və daha kiçik istehsalçılara təklif etməkdir.

Obyektin gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı müzakirələr davam edir.

Belçikanın paytaxtı Brüsseldə Almaniyanın “Volkswagen Group” avtomobil istehsalçısına məxsus “Audi” brendinin 76 illik zavodu fevralın 28-də tamamilə bağlanıb.

“Audi” rəhbərliyi 2024-cü ilin sentyabr ayının əvvəlində “Volkswagen Group”un Brüssel zavodunda istehsal üçün heç bir model ayırmadığını açıqladı və bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqını narahat etdi.

İşçilər işə qayıtmayıb, gərgin etiraz aksiyaları təşkil edib, hazır avtomobillərin açarlarını götürüblər.

“Audi” bağlanacaq Brüssel zavodu üçün yeni investorlar axtarmağa başlamışdı. Bu proses zamanı 20-dən çox investorla görüşməsinə baxmayaraq, uyğun alıcı tapılmayıb.

 





10.03.2025    çap et  çap et