Hüquq
müdafiəçisi dedi ki, rəhbərlik etdiyi təşkilat qaz itkisi ilə bağlı araşdırmanı
başa çatdırıb: «Təəssüf ki, qaz itkisinin həcmi azalmır. Bu ilin birinci
yarısında qaz itkisi 195 milyon kubmetr - fevralda 165 milyon kubmetr, martda
isə 145 milyon kubmetr təşkil edib».
M.Qəhrəmanlı qeyd etdi ki, «Azəriqaz» İstehsalat Birliyi uzrə illik itki norması 6 faizdir. Bu isə ildə 315 milyon kubmetr qaz deməkdir: «Ancaq bu il hələ cəmi ilk üç ay ərzində «Azəriqaz»da artıq 495 milyon kubmetr qaz itkisi olub. «Azəriqaz» bu ilin birinci rübündə normadan artıq 180 milyon kubmetr qaz itkisinə yol verib. Əhalinin «mavi yanacaq»dan istifadə üzrə ödənişləri isə 90 faiz olub. Bu itkilərə birbaşa cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyi, konkret olaraq qurumun istismar və satış şöbəsidir».