“Truth Sosial” platformasındakı hesabından Respublikaçılara, mühafizəkarlara və bütün böyük amerikalılara müraciət edən Tramp, İlon Maskın ABŞ-ı dəstəkləmək üçün riskə getdiyini və böyük iş gördüyünü bildirib. “Lakin ifrat solçu çılğınlar tez-tez etdikləri kimi əlbir olaraq “Tesla”nı boykot etməyə çalışırlar”.
“2024-cü il prezident seçkilərində mənə də bunu etməyə çalışdılar, amma bu necə oldu? Hər halda, həqiqətən də böyük amerikalı İlon Maska inam və dəstəyimi göstərmək üçün sabah səhər tamamilə yeni “Tesla” alacağam. Niyə o, Amerikanın yenidən möhtəşəm olmasına kömək etmək üçün böyük bacarıqlarını işə saldığına görə cəzalandırılmalıdır”, – deyə Tramp sual verib.