Vaxt.Az

Miqrantları qovmaq üçün idarə


 

Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir

Miqrantları qovmaq üçün idarə Mühacirlərin ABŞ-da sığınacaq məqsədilə müraciət etmələrini təmin etmək üçün qurulan və Trampın vəzifəyə başlamasından qısa müddət sonra bağlanan “CBP One” tətbiqi “CBP Home” adı ilə yenilənərək yenidən açılıb.

“CBP Home” tətbiqi qanuni statusu olmayan immiqrantların ABŞ-ı “könüllü şəkildə tərk etmək” üçün müraciət edə biləcəyi bir sistemə çevrildi.

Daxili Təhlükəsizlik Katibi Kristi Noem, “X” sosial media hesabındakı paylaşımda, ““CBP Home” tətbiqi qanunsuz immiqrantlara ölkələrində geri dönmə fürsəti əldə edə bilmələri üçün özlərini deportasiya etmək imkanı verir”, – deyib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Komissarının səlahiyyətlərini icra edən Pit Flores, “Tətbiq ABŞ-dakı qeyri-qanuni miqrantlara könüllü olaraq tərk etmək niyyətlərini bəyan etmək üçün sadə üsul təqdim edir və onlara daha ağır nəticələrlə üzləşməzdən əvvəl ABŞ-ı tərk etmək şansı verir”, – deyib.

***

Prezident Tramp andiçmə mərasimindən dərhal sonra ABŞ-da doğulan mühacirlərin uşaqlarına avtomatik vətəndaşlıq verilməsi qaydasının ləğv ediləcəyini və bu hüququ verən Konstitusiyaya edilən 14-cü Düzəlişin yenidən bərpa edilməsi lazım olduğunu bildirmişdi.

Sərhəddəki qanunsuz miqrant axınına sərt tədbirlərlə son qoyacağını bildirən Tramp ölkəyə qanuni immiqrasiyaya icazə verən “CBP One” tətbiqinin qaldırıldığını açıqlamışdı.

Tramp həmçinin Quantanamoda qanunsuz mühacirlərin saxlanması üçün 30 min adamın yerləşəcəyi bir müəssisənin hazırlanması əmrini verib və ABŞ Müdafiə Naziri Pit Heqset bu obyektin “miqrantlar üçün mükəmməl bir ərazi” olduğunu iddia edib.

 





11.03.2025    çap et  çap et