1. Müqavilə SDQ-yə məxsus bütün mülki və hərbi təşkilatların Suriya dövlətinə inteqrasiyasını nəzərdə tutur. Razılaşmanın mətni inteqrasiya metodu ilə bağlı bir neçə təfərrüat verir. Bundan başqa sənəd, Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların Suriya dövlətinin idarəçiliyinə cəlb edilməsini tələb edir. SDQ PKK-nın Suriya komponenti olduğundan bu saziş Abdullah Öcalanın çağırışı fonunda Türkiyə üçün yaxın perspektivdə əhəmiyyətli gedişatlar tanıyır. Bununla belə, risk faktorları qalır:
– Suriyanın şimal-şərqi ABŞ-nin nəzarətindədir və Vaşinqton SDQ kartından qalxan kimi istifadə edir. ABŞ-nin dəstəklədiyi kürd koalisiyası Suriyanın şimalında və şərqində böyük ərazilərə, o cümlədən ən neft və qaz yataqlarına nəzarət edir. Əgər ABŞ ilə Türkiyə növbəti mərhələ üçün razılıq əldə etməsələr, həmin müqavilənin hüquqi qüvvəsi şübhə altına düşəcək.
– SDQ daxilində Öcalanın qərarlarına və Kobaninin ona uyğun davranışlarına qarşı silahlı müqavimət riskləri qalmaqdadır. Hərçənd ki, Türkiyə Bəşər Əsədin devrilməsindən sonra SDQ daxilində geniş parçalanmış xaos mühiti yarada bilib.
2. Suriyadakı razılaşma ABŞ-nin və kürd faktoru ilə mexanizmlər quran İsrailin güzəşt şərtlərinə təsir göstərəcək. Bu mənada mümkün Türkiyə-İsrail danışıqları və ondan doğan nəticələrə fokuslanmaq prosesləri ölçüləri barədə əlavə təfərrüatlar verəcək.
Türkiyə ilə İsrail razılaşsa:
– Regionda kürdlərin silahlı mübarizə təcrübəsinə son qoyulmaq şərti ilə onlara muxtariyyət hüququnun tanınması gündəmdə müzakirə mövzusuna çevrilə bilər,
– Ehtimalla Türkiyə ilə İsrailin post-Əsəd dövrü üçün rəqabəti regional xəritədə idarəetmə modelinə nəzarətin bölgüsü fonunda görünəcək.
– ABŞ yəqin ki, Türkiyənin prioritetləri ilə növbəti mərhələdə yola çıxacaq və ehtimalla Donald Tramp administrasiyası kürd amili ilə əlaqədar strategiyada məhdudlaşdırmalara gedəcək. Hərçənd ki, ABŞ-nin təbii sərvətlərlə zəngin ərazilərdən geri çəkilməsi Ağ Evin gündəmində olmaya bilər.
3. ABŞ, İsrail və Türkiyənin regional prioritetlərini potensial uyğunlaşdırmaq ehtimalları Ankaraya Rusiya və İran təsirlərini və onların perspektivlərini məhdudlaşdırmağa imkan verəcək.