Vaxt.Az

10 məscid tikilib, 216-sı bərpa olunub


 

DQİDK İsmayıllıda konfransda keçirib

10 məscid tikilib, 216-sı bərpa olunub İsmayıllıda «Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması» mövzusunda iki günlük konfrans keçirilib. ANS PRESS-in verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan konfransda İsmayıllı və Şirvan bölgəsinin digər rayonlarının dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli-mənəvi dəyərlərimizə göstərilən qayğını əks etdirən «Əbədi işığın abidəsi» sənədli filmə tamaşa ediblər. DQİDK-nin sədri Elşad İskəndərov konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb. Bildirilib ki, son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib, əsaslı bərpa olunub. Son vaxtlar radikal dini cərəyanlar və hərəkətlərə qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib.

Konfrans Milli-mənəvi dəyərlərimizə baxış-tarixilik və müasirlik, Dini radikalizm və onunla mübarizə üsulları, «Din xadimlərinin fəaliyyət perspektivləri, Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar, Cəmiyyətin inkişafı və dini dəyərlər üzrə davam etdirilib.

 





12.04.2014    çap et  çap et