Vaxt.Az

“Nə istəyirsən et”


 

Pezeşkiandan Trampa: “Danışıq olmayacaq”

“Nə istəyirsən et” İranın rəsmi xəbər agentlikləri bildiriblər ki, prezidenti Məsud Pezeşkian dünən verdiyi açıqlamada Tehranın təhdid altında ABŞ-la danışıqlara getməyəcəyini bildirib. Eyni xəbərə görə, prezident Pezeşkian ABŞ prezidenti Donald Trampa “nə istəyirsən et” deyə səslənib.

“Reuters”in verdiyi məlumata görə, İran prezidenti deyib: “Onların əmr verməsi və təhdid etməsi bizim üçün qəbuledilməzdir. Mən sizinlə danışıqlar aparmayacağam (Tramp)”, – deyib.

İranın ali dini lideri Əli Xameneyi şənbə günü deyib ki, Tehran ABŞ-ın “təzyiq” təzyiqi altında danışıqlar masasına əyləşməyəcək. Xameneyinin bəyanatından bir gün əvvəl ABŞ prezidenti Tramp İrana məktub göndərərək onu nüvə proqramı ilə bağlı yeni razılaşma üçün danışıqlarda iştirak etməyə çağırdığını açıqlamışdı.

Tramp əvvəllər Tehranla razılığa gəlmək istədiyini bildirsə də, İranı qlobal iqtisadiyyatdan kənarda saxlamaq və neft ixracını sıfıra endirmək üçün birinci dövründə həyata keçirdiyi “maksimum təzyiq” siyasətini bərpa edib.

Tramp martın 7-də “Fox Business Network”ə müsahibəsində, “İranın nüvə silahına sahib olmasının qarşısını almağın iki yolu var. İranla ya hərbi yolla, ya da razılaşma əldə etməklə məşğul ola bilərsiniz”, – deyib.

İran nüvə silahı yaratmaq istədiyi ilə bağlı iddiaları təkzib etməyə davam etsə də, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın uranın zənginləşdirilməsi səviyyəsini nüvə silahı yaratmaq üçün lazım olan 90 faiz səviyyəsinə əhəmiyyətli dərəcədə yaxınlaşaraq 60 faiz saflığa çatması barədə xəbərdarlıq edib.

Trampın prezident kimi ilk dövründə dünyanın altı ən güclü ölkəsi ilə 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmasından və ölkə iqtisadiyyatını çökdürən sanksiyaları bərpa etdikdən bir il sonra 2019-cu ildən İran nüvə işini intensivləşdirib.

 





12.03.2025    çap et  çap et