Bu müsahibə sabahdan – martın 13-dən etibarən yayımlanmağa başlayacaq.
Paşinyan bu müsahibəni imitasiya etmək, sülhpərvər görüntüsü yaratmaq üçün yox, gerçək barış niyyəti ilə veribsə, bu addım Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına həqiqətən də yaxşı təsir göstərə bilər.
Ancaq hər zamankı kimi bu dəfə də sensasiya dalınca qaçan “Hraparak” qəzeti isə sözügedən müsahibədə Ermənistanın maraqlarına zidd olan məqamların yer aldığını iddia edib. Hərçənd ki, Nikol Paşinyan öz sələflərindən (Serj Sərkisyan, Robert Köçəryan, Levon ter-Petrosyan) daha çox ermənidir və Ermənistanın maraqlarını qorumaq üçün bütün hiylə və imkanlarından maksimum istifadə edir. Sülh sazişinin imzalanması da elə ilk növbədə məhz Paşinyanın ucbatından yubanır.
Nə isə, müsahibənin sabahkı yayımını gözləyək.