Vaxt.Az

«Twitter vergidən yayınıb»


 

Ərdoğandan sosial şəbəkələrə ciddi ittiham

«Twitter vergidən yayınıb» Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan «Twitter»i vergidən yayınmada günahlandırıb.

ANS PRESS-in xəbərinə görə, Ərdoğan istintaq başlanacağına içarə verib. ««Twitter», «Youtube» və «Facebook» - beynəlxalq korporasiyaları yalnız mənfəət əldə etmək üçün yaradılıb. Twitterdə vergidən yayınma halları baş verib. Biz bunu araşdıracağıq» - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Əvvəllər baş nazir dəfələrlə sosial şəbəkələrin bağlanması ehtimalını bəyan etmişdi. O, bu şəbəkələrdə dərc olunmuş materiallarda dövlət sirlərini yayma və şəxsi həyata müdaxilə səbəbindən bu ehtimalın olduğunu qeyd edib.

 





12.04.2014    çap et  çap et