Vaxt.Az

Cəmi 30 faiz ukraynalı ...


 

Rusiyanın işğalçı müharibəsinin dağıntılardan daha fəlakətli fəsadı ...

Cəmi 30 faiz ukraynalı ... 2024-cü ildə Ukraynada rəsmi və təsdiq olunmuş məlumatlara görə 495096 insan ölüb, doğulan uşaqların sayı isə cəmi 176679 olub. Dəhşətli mənzərədir, ölüm sayı doğulan uşaq sayından 3 dəfəyə yaxın çoxdur. Dünyada ən fəlakətli demokrafik vəziyyət məhz Ukraynadadır.

Ölkə əhalisinin 10 milyon nəfərə yaxını xaricdədir – 3 milyon ukraynalı ya Rusiyaya köçüb, ya da Rusiyanın işğal etdiyi ərazilərdə yaşayırlar. Təqribən 7 milyon ukraynalı isə AB ölkələri, Britaniya, ABŞ, Kanada və Türkiyəyə köçüblər. Köçənlərdən 4 milyon nəfərə yaxını artıq köçdükləri ölkəyə inteqrasiya olub, iş tapıblar, uşaqlara məktəbə gedib dil öyrəniblər. Sorğulara görə köçənlərdən cəmi 30 faizi nə vaxtsa Ukraynaya qayıdacaqlarını ehtimal edirlər.

Mən ümid edir və çox arzulayıram ki, atəşkəs alınsa, qəhrəman Ukrayna xalqı, bundan çox verimli istifadə edəcək, korrupsiyasız, ədalətli sistem quracaq, iqtisadiyyatını inkişaf etdirərək əzmlə “post-Putin” dönəminə hazırlaşacaq. Bunu çox istəyirəm, amma demoqrafik fəlakətin qarşısını almaq çox çətin olacaq. BMT-nin hesabatlarına görə 2050-ci ildə Ukrayna əhalisi 25 milyon, 2100-cü ildə isə cəmi 15 milyon əhali yaşayacaq. Bu dövlət və təhlükəsizlik üçün böyük təhdid və çağırışdır.

Amma vəziyyəti düzəltmək də olar. Dünya ölkələrində son müharibədən qaçanları da nəzərə alsaq, hardasa, 20 milyon çox ukraynalı yaşayır, Rusiyada isə 10 milyon nəfərə yaxın etnik ukraynalı var. Ukraynada ədalətli rifah dövləti qurulsa, onların, heç olmasa, 30-35 faizi geri dönsə, vəziyyəti düzəltmək olar. Ədalətli Rifah Dövləti təsis edilsə, bu Rusiyanı da içdən dağıdacaq, etnik ukraynalıların vətənlərinə  köçünə, rusların isə öz hökumətlərinə, avroritar və yoxsul məmləkəti idarə edən “elitaya” qarşı etirazların artmasına səbəb ola bilər.

Torpaq, ərazi təbii ki, çox vacibdir, amma insan daha vacibdir. Səbrlə, ağılla yanaşsalar, orta və uzun zamanlı oyun qura bilsələr, Ukrayna qalib çıxa bilər. Zatən bu müharibə tarixdə “axmaqların savaşı” kimi qalacaq. Səngərin bir tərəfində İvan Vasilyev, digər tərəfində dayanan Vasiliy İvanova atəş açır, bir-birini qırırılar. Kremlin ağılsız, düşüncəsiz, vəhşi ekspansiya, Qərbin isə insanlıq düşməni qızışdırıcı siyasəti nəticəsində indi, yəni bu günə, uduzan həm İvan Vasilyevdir, həm də Vasiliy İvanov, qazanan isə siyasi, hətta tarixi divident əl edən Avropa, maddi qazanc güdən ABŞ, Rusiyanın təbii sərvətlərinə qəpik-quruşa alan Çindir...

 





12.03.2025    çap et  çap et