Kelli “X”dakı paylaşımlarında ABŞ prezidenti Donald Trampı Ukraynanın əlini zəiflətməyə çalışmaqda ittiham edib.
53 yaşlı Mask öz sosial media platformasında bu paylaşımlara “Sən vətən xainisən” ifadəsi ilə reaksiya verib.
Demokrat Partiyasının siyasətçisi cavab verdi: “Xain? Elon, əgər sən başa düşmürsən ki, Amerikanı böyük edən və bizi təhlükəsiz saxlayan əsas prinsip azadlığı müdafiə etməkdir, bəlkə bu işi edənlərə – bizə həvalə edəsən”.
61 yaşlı Kelli jurnalistlərin texnoloji milyarderlə bağlı suallarına da “O, ciddi adam deyil. O, raket istehsalına qayıtmalıdır”, – deyə cavab verib.
Senator ABŞ Hərbi Dəniz Qüvvələrində qırıcı pilot və NASA-da astronavt kimi xidmət etməklə şöhrət qazanıb.
Keçmişi xatırlayan Kelli, “22 yaşım olanda Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını müdafiə etmək üçün and içdim. Sanki İlon Mask yalnız milyarder dostları və öz bank hesabı üçün and içdi”, – sözlərini paylaşıb.