Vaxt.Az

Təlimlər yekunlaşır


 

Rusiya, Çin və İran gəmiləri Oman körfəzində artilleriya atışları keçirib

Təlimlər yekunlaşır Çabahar limanı yaxınlığındakı sularda Rusiya, Çin və İranın birgə keçirdikləri “Təhlükəsizlik əlaqəsi - 2025” adlı hərbi dəniz təlimləri sona yaxınlaşır. Üç ölkənin hərbi gəmiləri Oman körfəzində illik birgə hərbi dəniz təlimi çərçivəsində artilleriya atəşi və digər tapşırıqları yerinə yetiriblər.

“İnterfaks” agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İki gün ərzində gəmilərin ekipajları gecə-gündüz iri çaplı pulemyotlardan və atıcı silahlardan düşmənin pilotsuz uçan aparatlarını və katerlərini imitasiya edən hədəfləri atəşə tutublar”.

Həyata keçirilən əsas vəzifələrə psevdoterror qrupları tərəfindən ələ keçirilən gəminin xüsusi təyinatlılar tərəfindən birgə axtarış-xilasetmə əməliyyatı daxildir.

TASS xəbər agentliyinin məlumatına görə, gəmilər missiyasını başa vurduqdan sonra bağlanış mərasimi üçün İranın Çabahar limanına qayıdıblar.

 





12.03.2025    çap et  çap et