Kanadanın Suriya üzrə xüsusi nümayəndəsi Ömər Qabra, "Kanada suriyalıların bütün vətəndaşlarına hörmət edən inklüziv dövlət qurmasında fəal rol oynaya bilər. Biz Suriyanın xaosa və qeyri-sabitliyə düşməsinin qarşısını ala bilərik”, – deyib.
Kanadanın Livandakı səfiri Suriyaya qeyri-rezident səfir təyin ediləcək və Suriya Mərkəzi Bankı da daxil olmaqla, Suriyanın müəyyən bankları vasitəsilə vəsaitlərin göndərilməsinə icazə vermək üçün sanksiyalar yumşaldılacaq. Kanada hökuməti həmçinin Suriya böhranına cavab olaraq 84 milyon dollarlıq yeni humanitar maliyyə ayırdığını açıqlayıb.