Rusiyanın Ankara səfirliyinə öz etirazını bildirməsi və bu etirazını ictimaiyyətə açıq bir şəkildə bəyan etməsi Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibət bildirməsinə vadar edib:
«ABŞ donanmasına məxsus «USS Taylor» adlı hərbi gəminin Qara dənizdə 21 gündən çox qaldığı bildirilməkdədir. Qeyd olunan gəmi Samsun limanına girişi əsnasında pərində yaranan nasazlıq səbəbindən hərəkətsiz qalib. Bu səbəbdən dartma gəmilərdən istifadə edilməklə boğazlardan çıxarılıb. Bu məsələylə bağlı Rusiya Federasiyası və digər Montrö tərəflərinə məlumat verilmişdir».
Həmçinin Rusiyanın qeyd etdiyi digər gəmi isə 21 gün içərisində Qara dənizi tərk edib. Bu səbəbdən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Daha sonra açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, məlumat verilib.