Polşa ABŞ-dan nüvə silahının ölkə ərazisinə yerləşdirilməsini təklif edir.
“Rheinmetall” müdafiə sənayesi şirkəti “Volkswagen” zavodlarında tank istehsal etməyə başlayır.
Britaniya-Fransa mümkün atəşkəs əldə olunarsa, Rusiya onu pozduğu halda birbaşa ərazisinə və qüvvələrinə zərbələr endirmək planını ortaya qoyub.
AB ABŞ-ın iştirakı olmadan Avropanın şərqində birgə təlimlər keçirməyə başlayıb.
NATO-nun Avropa üzvlərinin 2000-ə yaxın reaktiv qırıcı və digər döyüş təyyarələri var. Avropalılar donanmalarını təkmilləşdirirlər. Rusiyanın isə 1000 təyyarəsi vardı, onların hər 5-dən biri artıq itirilib.
2030-cu ilə qədər Avropada ABŞ istehsalı olan 500-dən çox “F-35” döyüş təyyarəsi olacaq.
HHM sistemində çətinliklər olsa da, Avropanın 5000 tank, 2800 artilleriya sistemindən ibarət böyük hərbi texnikası var. Hazırda Rusiyanın ehtiyatında 3000 tankın olduğu ehtimal olunur.
P.S. Putinin hakimiyyət sevdası görün nələrə gətirib çıxardı. 2019-cu il etirazlarında əgər Putin ölkə daxili etirazlarda xalqını əzə bilsə, Avropada böyük müharibə qaçılmazdır olacaq ehtimalları özünü doğrultmaqdadır. Oxşar fikri Nemtsov ölməmişdən öncə mitinqlərdə demişdi.