Vaxt.Az

“Gəlin anamı tutun”


 

4 yaşlı uşağın polisə zənginin səbəbi qəhqəhələrlə qarşılanıb

“Gəlin anamı tutun” ABŞ-ın şimalında, Viskonsin ştatının Mount Pleasant şəhərində təcili çağırış işçiləri keçən həftə qeyri-adi telefon zəngi aldılar. Kiçik bir uşağın ilk sözləri “Anam pisdir” olub. Nə yaşadığını soruşduqda o, ağlaya-ağlaya “gəlin anamı tutun”, – deyib.

Yenə “Yaxşı, nə baş verir?”, sualına uşaq uca səslə eyni sözü təkrarlayıb.

Sonra bir böyük adam telefonu götürərək, “Bu 4 yaşlı balaca telefonu götürüb 911-ə zəng edəcəyini dediyi üçün onu tutmağa çalışırdıq”.

Uşağın da “yox, polisə zəng edib dedim ki, gəlib anamı aparsınlar. Dedim ki, onu həbsxanaya salsınlar ki, məni rahat buraxsın”.

Ana sonra dedi: “Mən onun dondurmasını yedim, yəqin ona görə də 911-ə zəng edib”.

Şübhəli təcili zəng mərkəzinin əməkdaşları polisi hadisə yerinə yönləndirib.

Maunt Plezant şəhər Polis İdarəsi martın 4-də baş verən hadisəni “Facebook”da belə təsvir edib: “4 yaşlı uşaq hadisə yerinə gələn polislərə anasının onun dondurmasını yediyini və bu səbəbdən həbsxanaya getməli olduğunu deyib. Daha sonra o, həbslə bağlı müraciətini geri götürdüyünü və yalnız dondurma istədiyini bildirib”.

Polis məmurları ertəsi gün yenidən evə gedərək balaca uşağa dondurma alaraq təəccübləndiriblər və onların bu paylaşımı ABŞ mediasında yayılıb.

 





13.03.2025    çap et  çap et