ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bədnam silah və narkotik ticarəti cinayətləri törədən şəbəkə İran rejimi tərəfindən 2024-cü ilin yanvarında İsrailin Stokholmdakı səfirliyi də daxil olmaqla, Avropadakı İsrail və yəhudi hədəflərinə hücumlar təşkil etmək üçün istifadə edilib. Məcidin İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETALAAT) ilə əməkdaşlıq edir.
Rubio vurğulayıb ki, ABŞ-ın atdığı addımlar prezident Trampın İran rejimini məhv etmək və zəiflətmək, onun cinayətkar və sabitliyi pozan fəaliyyətlərini davam etdirməsinin qarşısını almaq məqsədi daşıyan prezidentlik memorandumunun həyata keçirilməsidir.
Rubio, Tramp administrasiyasının maksimum təzyiq kampaniyasının bir hissəsi olaraq İran rejimini bədxah fəaliyyətlərinə görə ifşa edəcəyini və ona qarşı sanksiyalar tətbiq edəcəyini vəd edib. Dövlət katibi vurğulayıb ki, Vaşinqton ABŞ və onun qlobal tərəfdaşlarının təhlükəsizliyini pozmaq üçün Tehran rejimi ilə əməkdaşlıq edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməkdə qərarlıdır.
“Foxtrot” şəbəkəsi İsveçin ən bədnam cinayətkar dəstələrindən biridir və silahlı münaqişə, qətllər və digər zorakılıq əməlləri törədir. Qrup regionda narkotik və silah ticarəti ilə məşğul olan ən məşhur təşkilatlardan biridir və digər Avropa ölkələrində də fəaliyyət göstərir.
Xəzinədarlıq Departamentinin bəyanatında deyilir ki, İran rejimi ABŞ vətəndaşlarını hədəf alan məqsədlərinə çatmaq üçün cinayət şəbəkələrindən istifadə edir. “Foxtrot”un İsraili daha da məhv etmək öhdəliyini götürdüyü və Avropadakı İsrail və yəhudi hədəflərinə qarşı terror hücumları planlaşdırdığı bildirilir.
Bəyanatda həmçinin ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi tərəfindən 29 yanvar 2024-cü ildə iranlı narkotik alverçisi Naci İbrahim Şərif Zindaştı sanksiya siyahısına salıb. Zindaşt cinayət şəbəkələr vasitəsilə iranlı müxaliflərə sui-qəsd cəhdində ittiham olunur.
Xəzinədarlıq katibi Skott Besant, “İranın transmilli cinayətkar təşkilatlardan və narkotik tacirlərindən açıq-aşkar istifadə etməsi göstərir ki, bu rejim Avropada nəyin bahasına olursa olsun, istənilən vasitə ilə öz məqsədlərinə nail olmağa çalışır. Xəzinədarlıq Departamenti, ABŞ hökuməti və beynəlxalq tərəfdaşlarımızla birlikdə İranın qeyri-sabit gündəmini irəli sürməyə çalışanları məsuliyyətə cəlb etməyə davam edəcək”, – deyib.