Vaxt.Az

Faciəli cinayət sosial şəbəkəni bağlatdırdı


 

TikTok Albaniyada bloklandı

Faciəli cinayət sosial şəbəkəni bağlatdırdı Çində yerləşən TikTok sosial media platforması Albaniyada rəsmi olaraq bloklanıb. Albaniya hökumətinin 2024-cü ilin noyabr ayından etibarən TikTok-u ölkə daxilində bir il müddətinə müvəqqəti qadağan etmək barədə qərarından sonra Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya Elektron və Poçt Rabitə Agentliyindən (AKEP) TikTok-a girişi əngəlləmək üçün tədbirlər görməsini tələb edib.

AKSK sözügedən maneənin bu gündən etibarən həyata keçirilməsini istəyib.

***

Albaniyanın paytaxtı Tiranda “Fan Noli” İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib.

Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilib.

Albaniyanın baş naziri Edi Rama hadisədən sonra verdiyi açıqlamada TikTok-un ölkədə 1 il müddətinə qadağan edilməsinə qərar verəcəklərini və bu qərarın 2025-ci ildə reallaşacağını bildirib.

Nazirlər Şurasının ötən həftə keçirilən iclasından sonra TikTok-un 1 il müddətinə bağlanması qərarının təsdiqləndiyi açıqlanıb.

 





13.03.2025    çap et  çap et