ABŞ prezidenti Tramp Oval kabinetdə açıqlama verərkən vitse-prezident Ceyms Vensin rəngli corabları ilə diqqətini yayındırıb. İnflyasiyadan danışan Tramp birdən gülərək, “Mən bu corabları bəyənirəm”, – deyib.
ABŞ Prezidenti Tramp Oval inflyasiya ilə bağlı açıqlama verərkən müavini yaşıl və ağ yonca naxışlı corablarına diqqət yetirib və gülməyə başlayıb.
Tramp əlavə etməzdən əvvəl “İnflyasiya haqqında danışmalıyam. Diqqətimi cəmləməyə çalışıram, amma vitse-prezidentin corablarından çox təsirləndim”.
Trampın şərhindən sonra Ceyms Vens də gülməyə başlayıb.
Həmin anı sosial şəbəkədə paylaşan Ceyms Vens “Bu corablara şərh verəcəyini bilirdim”, – yazıb.
Görünür gündəmdə qalmağı sevən və Donald Trampın xarakterinə yaxşı bələd olan Vens hər hansı vasitə ilə diqqət mərkəzində olmağa çalışır.