Vaxt.Az

İslahatlar etirazlar doğurdu


 

Mileinin iqtisadi siyasəti Cənubi Amerika ölkəsində toqquşmalara səbəb oldu

İslahatlar etirazlar doğurdu Argentinanın paytaxtı Buenos-Ayresdə prezident Xavyer Mileinin iqtisadi siyasətinə, o cümlədən pensiya islahatlarına qarşı çıxan xalq küçələrə çıxıb.

İki gün əvvəl Argentina Konqresi qarşısında prezident Xavyer Mileinin iqtisadi siyasətinə etiraz edən təqaüdçülər və futbol azarkeşləri polislə toqquşub.

Dinc nümayiş kimi başlayan aksiya etirazçıların polisə daş atması nəticəsində zorakılığa çevrilib. Polis təzyiqli su, gözyaşardıcı qaz və güllələrlə cavab verib.

Buenos-Ayresdə həftəlik etiraz aksiyaları Mileinin pensiya islahatlarının inflyasiya ilə ayaqlaşa bilmədiyini söyləyən təqaüdçülər tərəfindən qızışdırılıb. Hökumət iğtişaşlarla əlaqəli olanların futbol stadionlarına girişinə daha sərt məhdudiyyətlər qoyub.

 





13.03.2025    çap et  çap et