Vaxt.Az

Razılaşma tamamlandı


 

Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər

Razılaşma tamamlandı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlama verib. Xarici işlər naziri Ermənistanla imzalanacaq sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığını açıqlayıb.

Bayramov Ermənistanla sülh prosesinə toxunaraq, “Sülh sazişinin mətni ilə bağlı danışıqlar başa çatıb. İki maddə qalıb ki, onlar üzərində razılıq əldə olunmayıb. Ermənistan Azərbaycanın bu iki maddə ilə bağlı təkliflərini qəbul edib. Mətn üzərində iş yekunlaşıb”, – deyib.

V.Bayramov bildirib ki, onların növbəti gözləntiləri Ermənistan konstitusiyasında və digər hüquqi tənzimləmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olan maddələrin götürülməsidir.

Ermənistan konstitusiyasının dəyişdirilməsinin sülh üçün zəruri şərtlərdən biri olduğunu vurğulayan nazir, “Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”, – deyib.

Xatırladaq ki, ötən ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində sülh müqaviləsində razılaşdırılmayan 2 maddənin hansılar olduğunu açıqlamışdı.

 





13.03.2025    çap et  çap et