“Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı saziş mətninin müzakirələri mətinin razılaşdırılması ilə başa çatıb ki, bu da mühüm hadisədir. Bakının iki təklifindən biri sərhəd boyunca üçüncü tərəflərin yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdəki iddiaların geri çağırılması və bir-birinə qarşı hərəkətlərdən imtina ilə bağlı idi.
Təəssüf ki, mətnin dərc edilməsi məsələsində mövcud təcrübə və onun xüsusiyyətlərini nəzərə almalıyıq. Bu mətndə ictimaiyyətdən gizlədilən heç bir sirr yoxdur və əslində məzmun hissə-hissə dərc olunub. Düşünmürəm ki, ictimaiyyət məzmundan xəbərsizdir”, – Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə brifinq zamanı bildirib.
“Artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqlarını bəyan edib. Onların öz ideyaları var, bizim də öz fikirlərimiz var və güman edirəm ki, bu müzakirələrdə biz bu ideyaları yaxınlaşdırmağa çalışacağıq”, – Ermənistanın baş naziri fikrini yekunlaşdlrlb.