Bəyanatda qeyd olunub ki, İranın neftini Çinə daşımaq üçün istifadə etdiyi “kölgə donanması” və digər gəmilərə bu sanksiyalarla təzyiqlər artırılıb. Bununla da Tramp hakimiyyətə gələndən sonra tətəbiq etdiyi “maksimum təzyiq” taktikasına uyğun olaraq ABŞ-ın İranın neft ixracını sıfıra endirmək öhdəliyi gücləndirilib.
ABŞ-ın maliyyə naziri Skott Bessent sanksiyalarla bağlı açıqlamasında, “İran rejimi ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlirləri İran xalqı hesabına öz dar və həyəcanverici şəxsi maraqlarını həyata keçirmək üçün istifadə etməyə davam edir”, – deyib.
Bessent vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi “rejimin sabitliyi pozan fəaliyyətini” maliyyələşdirmək cəhdlərinə qarşı mübarizə aparacaq və onların qarşısını alacaq.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti də İrandan neft və ya neft məhsullarının alqı-satqısı, əldə edilməsi, satışı, daşınması və ya marketinqi üçün bilərəkdən əhəmiyyətli bir əməliyyatda olduqlarını əsas gətirərək üç şirkəti də sanksiyalar siyahısına əlavə edib.