Vaxt.Az

Obama Ərdoğana niyə zəng etmir?


 

ABŞ-ın Ankaradakı səfiri bunun səbəbini açıqlayıb

Obama Ərdoğana niyə zəng etmir? ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyibi Ərdoğana zəng edərək baş naziri partiyasının bələdiyyə seçkilərində qalib gəldiyinə görə təbrik etməyəcək.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Ankaradakı səfiri Frenk Rikkardone deyib. Onun sözlərinə görə, Barak Obama R.T.Ərdoğana ona görə zəng etməyəcək ki, ABŞ hökumətində bələdiyyə seçkilərinə o qədər də önəm verilmir.

“Əgər martın 30-da Türkiyədə parlament seçkiləri keçirilsəydi, ABŞ prezidenti Ərdoğanı təbrik edərdi”, - deyə Frenk Rikkardone bildirib.

ABŞ səfiri bələdiyyə seçkilərindən sonra Türkiyənin böyük şəhərlərində qələbə qazanmış namizədləri təbrik edib. Lakin Ankara Böyükşəhər Bələdiyyə sədri seçilən AKP-li Melih Gökçek təbrik edilənlərin siyahısında yer almayıb.

Qeyd edək ki, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən hakim Ədalət və İnkişaf partiyasından Melih Gökçek qələbə qazanmışdı. Lakin Cümhuriyyət Xalq Partiyası iddia edirdi ki, AKP səsvermənin nəticələrini saxtalaşdırıb.
 





12.04.2014    çap et  çap et