Belçika polisi martın 13-də Avropa Parlamentində “kommersiya lobbiçiliyi adı altında” korrupsiya ilə bağlı aparılan araşdırmanın bir hissəsi kimi iyirmiyə yaxın axtarış aparıb.
Səlahiyyətlilər “cinayətkar təşkilat tərəfindən törədildiyi iddia edilən” əməllərə istinad edərək bildiriblər ki, bir neçə şəxs aktiv korrupsiya əməllərində iştirakı ilə bağlı dindirilmək üçün saxlanılıb.
Belçika Federal Prokurorluğunda 2021-ci ildən bəri müxtəlif formalarda korrupsiyanın sistemli şəkildə tətbiq edildiyini bildirir.
Bura siyasi vəzifəli şəxslərə maliyyə mükafatları, xarici səfərlərin “maliyyələşdirilməsi” , “ezamiyyə və yol xərcləri” görüntüsü ilə böyük miqdarda vəsaitlər və bahalı hədiyyələr kimi korrupsiya halları tətbiq edilir.
Prokurorluq rəsmisi bildirib ki, belə hallarda məqsəd siyasi qərarların qəbulunda təsir etmək və sırf şəxsi kommersiya maraqlarının təşviq etmək olub.