Vaxt.Az

Rəqəmlər dünyasına səyahət


 

Eynşteyinin məşhur fotosunun və riyazi simvolun yaranma tarixi

Rəqəmlər dünyasına səyahət Albert Eynşteyn və onun dilini çıxardığı məşhur fotosu. Bu şəkli görməyən, bilməyən çox az adam var. Ancaq onun tarixçəsini bilən azdır...

14 Mart dahi alimin doğum günüdür. 1951-ci ildə görkəmli fizik ad günü axşamı restorandan çıxarkən onu bezdirən mətbuat nümayəndələrindən qaçaraq arvadı və dostu ilə özünü avtomobilin içinə atır. Foto-müxbirlərin zəli kimi qır-saqqız olmalarına “That's enough” (“Yetər artıq”) deyərək dilini var gücü ilə çölə çıxarır.

Və Artur Sass (Arthur Sasse) adlı bir foto-müxbir o anı ölümsüzləşdirir. Bu kadr Artura dünya şöhrəti gətirir...

***

Riyazi simvol kimi π-nin ilk qeyd edilmiş istifadəsi Uelsli riyaziyyatçı Uilyam Consun 1706-cı ildə yazdığı “Synopsis Palmariorum Matheseos” (Matheson Palmariosun xülasəsi) adlı əsərində olub. Cons yunan dilindəki  περιφέρεια (periferiya) sözününü qısaldaraq baş hərfini – π-ni götürüb.

O, belə yazmışdı: “3.14159 və s. = π”

Bununla belə, π-nin yayılması onu 1737-ci ildə mənimsəyən başqa bir riyaziyyatçı Leonard Eyler tərəfindən populyarlaşdırdıqdan sonra başlayıb. 

Eyler Elm tarixinin ən nüfuzlu və ən məhsuldar riyaziyyatçılarından biri idi və o, π-dən özünün hesab, ədədlər nəzəriyyəsi, həndəsə və fizika sahəsindəki işlərində istifadə edirdi. 

Dahi riyaziyyatçı belə yazırdı: “Qoy π simvolu çevrənin uzunluğunun diametrinə nisbəti göstərsin”.

O vaxtdan π universal bir simvol kimi dünyada ən tanınan və ən məşhur riyazi sabitlərdən birinə çevrilib. Bu rəqəmi əzbər bilmək riyaziyyatçılar üçün vurma cədvəli qədər vacibdir.

 





14.03.2025    çap et  çap et