Bu gün saat 22.00 radələrində Bakının Yasamal rayonunda «İnşaatçılar» metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, «Capsella» mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.
ANS PRESS-in hadisə yerində olan
əməkdaşının o ərazidə yaşayan sakinlərdən öyrəndiyi məlumata görə, çox böyük
ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli
sayda dini kitablar da müsadirə edilib.
Gecə vaxtı olduğundan hadisənin
təfərrüatları barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat öyrənə
bilmədik.
Yasamal rayon polis idarəsinin
növbətçisi isə baş verən hadisəni təsdiq etmədi. Ancaq əməkdaşımızın verdiyi
məlumatların və hadisə yerindən qaranlıqda çəkdiyi şəkillərin doğruluğunu
nəzərə alaraq materialı dərc etmək qərarına gəldik.
Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.
çap et