Dünyanın ən nüfuzlu tibbi araşdırma elm ocaqlarından biri olan “Johns Hopkins” universitetli dünən bəyan edib ki, prezident Donald Tramp administrasiyasının xarici yardımı ciddi şəkildə kəsməsi səbəbindən dünya üzrə 2000-dən çox işçini işdən çıxaracaq.“Bu gün bütün cəmiyyətimiz üçün çətin tarixdir. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 800 milyon dollardan çox maliyyələşdirməsini ləğv etmək bizi Baltimorda və onun hüdudlarından kənarda mühüm işimizi bitirməyə məcbur edir”, – deyə universitetin bəyanatında bildirilir.
P.S. Düzdür USAİD bir çox dövlətin daxili işlərinə qarışaraq beynəlxalq skandallara imza atıb. Amma dünyaya xeyir verəcək bəzi (elmi, sosial, təbiətlə əlaqəli) fəaliyyətləri başqa bir qurum altında davam etdirmək mümkün idi. Necə deyərlər qurunun oduna yaşı yandırmaq olmaz.
çap et