Vaxt.Az

Avtomobil dəyərində uşaq arabası


 

“Lamborghini” və “Silver Cross”un birgə istehsalı göz oxşayan dizaynda, 500 ədəd, əl yandıran qiymətə ...

Avtomobil dəyərində uşaq arabası Lüks idman avtomobil markası “Lamborghini”, Britaniyanın aparıcı uşaq baxım sənayesində köklü markalardan biri olan “Silver Cross” ilə birlikdə yüksək səviyyəli uşaq arabası dizayn edib. Göz oxşayan görünüşü ilə xüsusi istehsal “Reef AL Arancio” adlı uşaq arabasının sayı məhdud sayda olacaq – 500 ədəd.

***

“Huracan” və ya “Urus Performante” kimi məşhur modellərdən ilhamlanan bu uşaq arabası həm də xüsusiyyətləri ilə seçilir.

Onun görkəmli xüsusiyyətlərinə bütün növ səthlərdə rahatlıq təklif edən tam asma təkərlər və avtomobil tipli əyləc pedalı daxildir. Narıncı və qara rəngləri ilə də diqqət çəkən modeldə yüksək keyfiyyətli italyan dəri detalları var.

Bundan əlavə, uşaq çarpayısı, uşaq arabası oturacağı, ayaq örtüyü, oturacağın adapterləri, günəşdən qoruyucu, ağcaqanad və yağış örtükləri kimi əlavə aksesuarlar da paketə daxildir.

***

Bildirilib ki, 2025-ci ilin yanvar ayından etibarən cəmi 500 ədəd satışa çıxarılacaq uşaq arabaları 5165 dollardan (8780 manat) satışa çıxarılıb.

Bu qiymətə Azərbaycanda ikinci əl normal avtomobil almaq olar.

 





14.03.2025    çap et  çap et