Vaxt.Az

Tramp elçisinin Bakı səfəri


 

Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir

Tramp elçisinin Bakı səfəri Ermənistanın sülh gündəmində iki razılaşdırılmayan maddə üzrə razılığa gəlməsi ABŞ-nin yaxın 4 ildə tuta biləcəyi mövqe və Azərbaycanın regional, beynəlxalq şəraitə uyğun ata biləcəyi addımlarla əlaqəlidir.

Həmin iki məsələ hansıdır?

Prezident İlham Əliyev həmin məsələləri “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə bildirmişdi. Həmin iki məsələ:

– Bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq,

– Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılmasına nail olmaq.

Sülh gündəliyi üzrə açıqlanmayan bəndlər var və istisna deyil ki, mübahisəli predmetlərin hələ də qalması danışıqların uzanmasına səbəb olacaq. Yəni yekun olaraq, razılıq əldə edilməsi hələ sülhün imzalanmasını tezləşdirmir.

Başqa yandan sülh proqramı Avropa Birliyini (AB) həm Azərbaycanın artan təzyiqləri, həm də Rusiya-Ukrayna müharibəsi fonunda Donald Trampın təhdidləri ilə üzləşdirir. Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Azərbaycana səfər etməsi ilə bağlı iddialar bu məsələlər ətrafında aydınlaşdırma yaradır.

Yəni həm Ağ Ev administrasiyasının mövqeyi, onun Rusiya ilə uzlaşma məntiqi, AB missiyasının Cənubi Qafqazdakı mandatına da təsirsiz ötüşmür.

Prosesə qısa şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda da şərh vermək məntiqli olardı.

Putin təklif olunan atəşkəs razılaşmasının Rusiyaya üstünlüklər verəcəyini anlayır. Ancaq Kurskda Ukrayna hərbçilərinin qalması Kremlin maksimalist şərtlərindəki diktələri Ukraynanın nəzərində yumşalda bilər.

Buna görə də, Rusiya qüvvələri hazırda döyüş teatrının hər tərəfində hücumları artırıb. Rusiya bununla Ukrayna qüvvələrinin yenidən qurulmasına mane olacaq şərtləri formalaşdırır.

Bu, Rusiyanın hücumu sonradan bərpa etmək qabiliyyətini qorumaq və ya artırmaq məqsədi daşıya bilər.

İlkin görüntü budur ki, Putin Kursku tam olaraq Ukrayna hərbçilərindən təmizlədikdən sonra Rusiya ilə ABŞ-nin nüfuz bölgüsünü müəyyən etmək üçün Trampla masaya oturmağa hazırlaşır.

Rusiya ilə ABŞ arasındakı 30 günlük atəşkəsin tam razılaşdırılmayan predmetə çevrilməsi geosiyasi məkan qavrayışı olaraq postsovet və Yaxın Şərq regionları ilə əlaqəli tendensiyadır.

Mümkün danışıqların Ukrayna üzərindən qurulan, lakin daha geniş regionları əhatə edən geosiyasi məntiqi:

– Rusiya Yaxın Şərqdə ABŞ üçün manevr sahəsini genişləndirən yol açır;

– ABŞ postsovet məkanında, o cümlədən Cənubi Qafqazda Rusiyanın geosiyasi təsir dairəsini genişləndirmək üçün Kremlə fürsətlər tanıyır...

 





14.03.2025    çap et  çap et