Putin daha əvvəl ölkəsinin Vaşinqtonun təklif etdiyi atəşkəs rejimini “dəstəklədiyini” bildirsə də, həll edilməmiş “həssas fikir ayrılıqları” və “ciddi suallar” olduğunu və bunlarına amerikalılarla müzakirəsinə ehtiyac olduğunu söyləyib.
Tramp Putinə cavabında deyib: “Mən onunla görüşməkdən və ya danışmaqdan məmnun olaram. Amma biz bunu tez yekunlaşdırmalıyıq”.
“Əgər Rusiya Vaşinqtonun Ukrayna müharibəsində 30 günlük atəşkəs təklifini rədd edərsə, bu, dünya üçün çox məyusedici an olacaq. Yekun razılaşmada bir çox detallar müzakirə olunub. İndi biz Rusiyanın orada olub-olmadığını (qəbul edib-etmədiyini) görəcəyik, yoxsa, bu, dünya üçün çox məyusedici an olacaq”, – Tramp deyib.
***
ABŞ prezidenti 4 il aradan sonra ikinci dəfə Ağ Evə qayıdan kimi həm rəqiblərinə, həm də tərəfdaşlarına tətbiq etdiyi və ticarət müharibələrinə səbəb olan tariflərdən “geri çəkilməyəcəyini” deyib.
Mövqeyindən geri çəkilib-çəkilməyəcəyi ilə bağlı suala Tramp jurnalistlərə “Biz illərdir aldanmışıq və bir daha buna imkan verməyəcəyik. Mən heç vaxt alüminium, polad və ya avtomobillərdən (tarif faizləri nəzərdə tutulur – vaxt.az) geri addım atmayacam”.
Tramp ölkəsinin Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanın ABŞa birləşəcəyinə inandığını və bunun “beynəlxalq təhlükəsizliyi” gücləndirəcəyini bildirib.
“Düşünürəm ki, bu baş verəcək. Bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır”, – Tramp deyib.